“PSJ-nin maksimumu budur” - Mbappe

psj-nin-maksimumu-budur
Oxunma sayı: 3964

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bavariya”ya məğlubiyyəti (0:2) şərh edib.

“Qafqazinfo” xəbər verir ki, “Le Parisien”ə danışan fransalı komandasının Münhen klubu ilə bacarmaması haqda belə danışıb:

“PSJ nəyi əldən verdi? Hər iki komandanın vəziyyətinə baxsanız, qol epizodları o qədər də çox deyildi. “Bavariya”nın əla komandası, əla heyəti var. Çempionlar Liqasını qazanmaq üçün qurulmuş komandaya sahibdirlər. Mövsümün əvvəlində, Çempionlar Liqasında ilk mətbuat konfransımda demişdim ki, əlimizdən gələni edəcəyik. PSJ-nin maksimumu budur, vəssalam. Artıq Fransa çempionatına qayıtmalıyıq”.

Həmçinin oxuyun: Бакинский ветер нарисовал картину - Видео