Fransanın "Monako" klubunun futbolçusu Kilian Mbappe PSJ-yə keçməyə razılığ verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Artıq tərəflərin müqavilənin bütün şərtlərini razılaşdırdığı bildirilir. Transferin yaxın günlərdə rəsmən açıqlayacağı vurğulanıb.
Parislilərin qarşı tərəfə 160 milyon avro ödəyəcəyi yazılıb. Daha 20 milyon isə bonus şəkilində ödəniləcək.
Fransalı futbolçunun “Real”a transfer olunmaq istədiyi, ancaq atasının onu daha çox maaş verən PSJ-yə keçməyə razı saldığı bildirilib.
Son xəbərlər
Son Xəbərlər