Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
PSJ doğma meydanda “Real”ı qəbul edəcəksə, “Manvester Siti” də səfərdə “Sportinq”in qonağı olacaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.
UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi
İlk oyunlar
15 fevral
00:00. PSJ (Fransa) - “Real” (İspaniya)
Baş hakim: Daniele Orsato (İtaliya)
00:00. “Sportinq" (Portuqaliya) - “Mançester Siti” (İngiltərə)
Baş hakim: Srcan Yovanoviç
Son xəbərlər
Son Xəbərlər