Fransanın “Paris Saint-Germain” futbol klubunun rəhbərliyi komandanın hücumçusu Kilian Mbappenin müqaviləni yeniləyərkən klubu aldatdığını hesab edir.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Loik Tanzi məlumat verib.
Mənbənin məlumatına görə, 2022-ci ildə Mbappe azad agent kimi klubu tərk etməyəcəyinə söz verib. Qeyd olunur ki, PSJ bossları fransalıya inanıb və Kilianla qısamüddətli müqavilə imzalamağa qərar verib, 3 illik müqavilədə israrlı olmayıblar.
“Marca” nəşrinin daha əvvəl iddia etdiyi kimi, futbolçunun anası artıq PSJ rəhbərliyinə onun klubla müqaviləni yeniləmək fikrində olmadığını bildirib. Klubla futbolçu arasında müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.
Qeyd edək ki, Mbappe ötən mövsüm 29 qolla Fransa Liqa 1-in bombardiri olub.
Son xəbərlər
Son Xəbərlər