PSJ “Krasnodar”ın qapıçısı Matvey Safonovu transfer edib.
“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, rusiyalı qolkiperlə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Təxmini transfer məbləği bonuslar daxil olmaqla 20 milyon avrodur.
Qeyd edək ki, ötən mövsüm Safonov bütün turnirlərdə 30 matçda iştirak edib, 11 oyunda qapısını toxunulmaz saxlayıb.