PSJ son anda məğlubiyyətdən xilas oldu - Video

psj-son-anda-meglubiyyetden-xilas-oldu
Oxunma sayı: 2675

Fransa çempionatında 32-ci turun oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, lider PSJ səfərdə “Sent-Etyen”lə qarşılaşıb.

Paris təmsilçisi orta pillələrdə qərarlaşan rəqibi qarşısında 1 xalı çıtinliklə xilas edib. 17-ci dəqiqədə Kabella “Sent-Etyen”i hesabda önə çıxarıb. Kabella 31-ci dəqiqədə isə penalti zərbəsini qola çevirə bilməyib.

Hesabda geridə olan PSJ 41-ci dəqiqədə daha bir zərbə alıb. Belə ki, Kimpembe qırmızı vərəqə alıb. Buna baxmayaraq PSJ məğlubiyyətdən qaça bilib. 90+2-ci dəqiqədə Debuşi avtoqola imza atıb və matç 1-1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, sona 6 tur qalmış PSJ ən yaxın izləyicisi “Monako”dan 17 xal öndədir.