PSJ tərəfdarları Mbappeni fitə basdı - Video

psj-terefdarlari-mbappeni-fite-basdi
Oxunma sayı: 1990

PSJ azarkeşləri klubun futbolçusu Kilian Mbappeni fitə basıblar.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb forvardın 2 gün əvvəl Fransa klubundan ayırlacağını açıqlamasıdır.

Belə ki, ötən gün o,“Tuluza” ilə keçirilən son ev oyununda (1:3)  meydana çıxıb və azarkeşlərin təzyiqi ilə üzləşib. 

Bununla yanaşı tərəfdarların bəziləri də forvarda dəstək olmaq üçün pankart açıblar.

Qeyd edək ki, Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir.