PSJ və “Liverpul” 1/4 finalda! - Video

psj-ve-liverpul-14-finalda
Oxunma sayı: 44132

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Liverpul” və “Leypsiq” arasındakı qarşılaşma pandemiya səbəbindən yenə Macarıstanda baş tutub. Cavab matçında da 2:0 hesabı ilə qalib gələn ingilislər adını 1/4 finala yazdırıb.

Gecənin daha bir qarşılaşması Fransada keçirilib. İlk oyunda “Barselona”nı 4:1 hesabı ilə darmadağın edən PSJ bu dəfə rəqibi ilə 1:1 hesablı heç-heçə edib. İki oyunun nəticəsinə görə ispanları üstələyən PSJ də 1/4 finala yüksəlib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab görüşləri
10 mart

00:00. “Liverpul” (İngiltərə) – “Leyptsiq” (Almaniya) - 2:0

Qollar: Salah, 71, Mane, 74

Budapeşt, “Puşkaş Arena”. Baş hakim Kleman Tyurpen (Fransa)
İlk oyun - 2:0

00:00. PSJ (Fransa) – “Barselona” (İspaniya) - 1:1

Qollar: K.Mbappe, 31 - Messi, 37
Paris, “Park-de-Prens”. Baş hakim Entoni Teylor (İngiltərə)
İlk oyun - 4:1