PSJ yeni baş məşqçi ilə anlaşır

psj-yeni-bas-mesqci-ile-anlasir
Oxunma sayı: 2629

Baş məşqçisi Maurisio Poçettino ilə müqaviləni yeniləmək üçün razılaşa bilməyən PSJ-ni Kristof Qaltye çalışdıracaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Paris təmsilçisi 55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayacaq. PSJ-nin bu təyinatı bazar ertəsi açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Poçettino müqaviləsi yenilənmədiyi üçün klubdan ayrılmağa hazırlaşır.