PSJ Zidanla danışıqlara başlayıb

PSJ Zidanla danışıqlara başlayıb
Oxunma sayı: 1369

Fransanın PSJ klubu Zinəddin Zidanla danışıqlar aparır.

“Qafqazinfo” “Le Parisien”ə istinadən xəbər verir ki, klub rəhbərliyi Zidanla bu ayın əvvəlində görüşüb.

“Le Parisien” nəşri yazıb ki, PSJ-nin niyyəti Zidanın gələn yay komandaya rəhbərlik etməsidir.

PSJ-yə yaxın bir mənbə Fransa nəşrinə Zidanla danışıqların son günlərdə irəlilədiyini təsdiqləyib.

Qeyd edək ki, 2016-2018 və 2019-2021-ci illərdə "kral klubu"na rəhbərlik etmiş Zinəddin Zidan hazırda işsizdir.