“PSJ”nin yeni transferi

psjnin-yeni-transferi
Oxunma sayı: 1413


 “Qafqazinfo” xəbər verir ki, David Luiz yeni mövsümdən etibarən “PSJ” forması geyinəcək. Fransız klubu David Luiz üçün  “Çelsi”yə 50 milyon funt-sterlinq ödəyəcək. Futbolçu Braziliyada keçiriləcək dünya çempionatından sonra yeni klubu ilə rəsmi müqaviləyə imza atacaq. 50 milyon funt-sterlinq David Luizi dünyanın ən bahalı müdafiəçisi edəcək. Buna qədər ən bahalı müdafiəçi adı “PSJ”nin futbolçusu Tiyaqo Silvaya məxsus idi.

 

 

İqbal