PSV-nin sabiq üzvü Azərbaycan klubuna keçə bilərmi

psv-nin-sabiq-uzvu-azerbaycan-klubuna-kece-bilermi
Oxunma sayı: 825

Bolqarıstan milli komandasının və Sofiya ÇSKA-sının üzvü Stanislav Manolev qış transfer pəncərəsi dövründə Azərbaycan klublarından birinə keçə bilərmiş.

“Qafqazinfo” blitz.bg saytına istinadən xəbər verir ki, onun transferinin reallaşmamasına zədələnməsi mane olub.

O, Moskva “Lokomotiv”i ilə hazırlıq matçında dizindən zədələndikdən sonra Azərbaycan təmsilçisi bu keçiddən imtina edir.

Qeyd edək ki, Stanislav Manolev Hollandiyanın PSV Eyndhoven və İngiltərənin “Fulhem” kimi məhşur klublarının şərəfini qoruyub.