PUA-larla təlim-məşq uçuşları keçirildi - Video

pua-larla-telim-mesq-ucuslari-kecirildi
Oxunma sayı: 1323

Pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçuların əvvəlcə nəzəri və praktiki bilikləri, eləcə də, simulyasiya trenajorlarında pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üzrə bacarıqları yoxlanılıb.

Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə ərazi kəşfi apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi heyətlərin praktiki vərdişlərinin təkmilləşdirilməsidir.