Puarye Makqreqorla döyüşmək istəyir

Puarye Makqreqorla döyüşmək istəyir
Oxunma sayı: 1396

Amerikalı döyüşçü Dastin Puarye yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqorla revanş görüşü keçirmək istədiyini bildirib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Düşünürəm ki, indi mənimlə Konor arasında revanşın mənası var”, - Puarye Tvitterdə qeyd edib.

Xatırladaq ki, döyüşçülər 2014-cü il sentyabrın 27-də görüşmüşdü. Həmin döyüşdə Makqreqor texniki nokautla Puaryeyə qalib gəlmişdi.

Qeyd edək ki, bu il sentyabrın 7-də Əbu-Dabidə qarışıq döyüşlər üzrə UFC-242 turnirində yüngül çəkidə UFC çempionu, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədova uduzan Dastin Puarye müvəqqəti UFC çempionu titulunu itirib.   


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi