“Publik hüquqi şəxslərlə bağlı ciddi islahata ehtiyac var”

publik-huquqi-sexslerle-bagli-ciddi-islahata-ehtiyac-var
Oxunma sayı: 2568

“Publik hüquqi şəxslərlə bağlı məsələdə çox ciddi islahata ehtiyac var. Düşüncə dəyişməlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin iclasında deyib. 

O bildirib ki, 2022-ci ildə 40 publik hüquqi şəxs olub: “442 milyon manat vəsait ödənilib. Bunun iqtisadi mahiyyəti dövlətin büdcə yükünü azaltmaqdır. Bu get-gedə büdcə yükünü artırır”. 

Deputat qeyd edib ki, bunun yaradılmasının məqsədəuyğunluğuna bir daha baxılmalıdır: “Dövlət sifarişlərinin əksəriyyətinin öhdəliklərini publik hüquqi şəxslər yerinə yetirə bilmirlər. İstisna olaraq bəzi publik hüquqi şəxslər bu rolu ifa edirlər. Bütövlükdə, özəlləşməyə xüsusi diqqət yetirib bu sahədə gəlirlərin artması istiqamətinə baxmalıyıq”.

Zaur Mirzə