Puçdemon sərbəst buraxıldı

pucdemon-serbest-buraxildi
Oxunma sayı: 1590

İtaliyanın Sassari Məhkəməsi dünən saxlanılan Avropa Parlamentinin deputatı və Kataloniya Muxtar Vilayəti hökumətinin keçmiş rəhbəri Karles Puçdemonun azad olunmasına qərar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Puçdemonun gün ərzində azad olunacağı, ancaq haqqında son qərar çıxana qədər Sardiniya adasını tərk edə bilməyəcəyi bildirilib.

Qeyd olunub ki, siyasətçi barədə heç bir əlavə tədbir görülməyəcək.

Puçdemon İtaliyada saxlanıldı

Xatırladaq ki, Adilfolk Beynəlxalq Görüş iclasına qatılmaq, Sardiniya bölgəsinin rəhbəri və Alqero bələdiyyə sədri ilə görüşlər üçün Brüsseldən Alqeroya gedən Puçdemon hava limanında sərhəd polisi tərəfindən saxlanılıb.