Puçdemonun həbs müddəti uzadıldı

pucdemonun-hebs-muddeti-uzadildi
Oxunma sayı: 957

Almaniya məhkəməsi Kataloniya muxtariyyətinin eks-lideri Karles Puçdemonun həbs müddətini uzadıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş prokuror Şlezviq Qeorq-Fridrix Qyuntqe məlumat verib. O, həbsin nə vaxta qədər davam edəcəyini açıqlamayıb.

Qeyd edək ki, K.Puçdemon martın 25-də Danimarka sərhədində alman polisi tərəfindən saxlanılıb.

Aysel Kərimova