“Qafqazinfo” xəbər verir ki, bu il dünyada ən çox qazanan aktyor “Avengers: Age of Ultron” filmindən aldığı 80 milyon dollar ilə Robert Douney olub.

Siyahıda ikinci olan Ceki Canın son filmi “Dragon Blade” Çində 120 milyon gəlir əldə edib. Bu film sayəsində aktyorun illik qazancı 50 milyon dollara çatıb.
Üçüncü sırada yer alan 48 yaşlı Vin Diesel 2015-ci ildə 47 milyon dollarlıq qazancın sahibi oldu. Amerika sənətçi “Riddick” və “Triple X” filmləriylə də tanınır.

Son olaraq “American Sniper” filmiylə gündəmə gələn amerikan aktyor və rejissor Bredli Kuper “Forbes”ə görə 41,5 milyon dollarlıq gəliriylə dördüncü sırada yer alıb.

2015-ci 41 milyon dollar qazanan Adam Sandler “Forbes”in sıralamasında beşinci sıradadır. Amerikan yumorist və musiqiçi internet film kanalı “Netflix”lə bağladığı müqavilə ilə “Ən çox qazanan aktyor” siyahısına daxil olub.

Tom Kruz isə 40 milyon dollarlıq gəliri ilə altıncı sırada yer alıb. 1962-ci ildə dünyaya gələn yaraşıqlı aktyor 3 dəfə “Qızıl Kürə” qazanıb və 3 dəfə də Akademiya Mükafatına namizəd göstərilib.

Siyahıda Hindistandan Bollivud ulduzları Amitab Baççan yeddinci, Salman Xan səkkizinci və Akşay Kumar doqquzuncu sırada yer alıb.
Amerikan aktyor Mark Wahlberg isə onuncudur.

Könül
Son xəbərlər
Son Xəbərlər