Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları əməliyyat-axtarış həyata keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, əməliyyat nəticəsində fevralın 2-də Sumqayıt şəhər sakini Müşviq Bəşirzadənin içərisində 1008 ABŞ dolları, 90 Türk lirəsi, 1 avro və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vəzir Əliyev tutulub.
Hadisə H.Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində baş verib.
Son xəbərlər
Son Xəbərlər