“Pul problemimiz həll olunur...”- - Dünya çempionu olan azərbaycanlı

pul-problemimiz-hell-olunur-
Oxunma sayı: 1511


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında cüdo üzrə milli komandamızın üzvü, gənclər arasında dünya çempionu Elmar Qasımov deyib. 

O, Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında fikirlərini bildirib: “Bu yarış bizim məsuliyyətimizi artırır. Nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, medallarımız olacaq”.

Qasımov yarışa hazır olduğunu və zədəli olmadığını da sözlərinə əlavə edib: “Mən zədəli deyiləm. Özümü yarışa hazır hiss edirəm. Öz azarkeşlərimiz önündə qələbə qazanmağa, hamını sevindirməyə çalışacağam”.

Gənc çüdoçu 2008-ci il Pekin Yay Olimpiya oyunlarının qalibi Elnur Məmmədlinin “indiki cüdoçularımızla gücümü yoxlayıram və onlar heç biri mənə qalib gələ bilmir” açıqlamasına da cavab verib: “Elnur Məmmədli ilə Çelyabnski şəhərində güləşdik. Amma bərabər səviyyəli görüş oldu. Nə üstün oldu, nə mən”.

Dünya çempionu pulla bağlı problemlərinə yoluna qoyulduğunu deyib: “Bizim pulla bağlı problemlərimiz hardasa 50 faiz yoluna qoyulub. Məsələ maaşlarda deyildi. Sadəcə ezamiyyət pulları verilmirdi. Onlar da yoluna qoyulur”. 

Qasımov əsas rəqiblərinin adını açıqlayıb: “Təbii ki, əsas rəqibim çexiyalı Lukaş Krpalekdir. Onunla bir dəfə üz-üzə gəlmişəm. Çox çətinliklə qələbə qazana bildim”.

Elsevər