Pul tapa bilmədilər, ev sahibini döydülər

pul-tapa-bilmediler-ev-sahibini-doyduler
Oxunma sayı: 1309

Bakıda evə basqın olub. "Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan 52 yaşlı Vaqif Alışovun evinə maskalı şəxslər hücum ediblər.

Basqınçılar ev sahibinin əl-qolunu bağlayaraq ondan pul tələb ediblər. Evdə pul tapa bilməyən şəxslər ev sahibini döydükdən sonra oranı tərk ediblər.

Faktla bağlı araşdırma aparılır.