“Pul vermir” deyib eks-sevgilisini məhkəməyə verdi

pul-vermir-deyib-eks-sevgilisini-mehkemeye-verdi
Oxunma sayı: 2388

Türkiyənin məşhur aktrisası Vilma Elles ötən il ayrıldığı sevgilisi Kerem Göğüşü məhkəməyə verib. 

“Qafqazinfo” xəbər verir ki, o, İstanbul Ailə Məhkəməsinə müraciət edərək iki övladına tək baxdığını, K. Göğüşün maddi yardım göstərmədiyini vurğulayıb. 

V. Ellesin yazdığı şikayət ərizəsində qeyd olunub: “ 2014-cü ildə tərəflər arasında müqavilə imzalanıb.  K. Göğüş hər bir uşaq üçün 770 avro ödəməyi qəbul edib.  Amma bu günədək uşaqlara heç bir maddi yardım göstərilməyib”.