Puldan başqa maşındakı gödəkçələri də apardılar - Foto

puldan-basqa-masindaki-godekceleri-de-apardilar
Oxunma sayı: 944

Binəqədi rayonu ərazisində yerləşən restoranlardan birinin həyətində paytaxt sakini Ruslan Həsənova məxsus avtomobilin şüşəsi sındırılıb. Zərərçəkən polisə müraciət edərək hadisə zamanı maşından ümumi dəyəri 3500 manat olan 4 ədəd gödəkçəsinin oğurlandığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Hacıqabul rayon sakini Şamil Əliyev və Qubadlı rayonunda qeydiyyatda olan Amil Həsənov saxlanılıblar. Onlar ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.