Bülent Ersoy konsert proqramı ilə çıxış edib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni konsertdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Ersoy borcları olduğu ilə bağlı yayılan xəbərlərə cavab verib:
“Bu gün yenə çox gözələm. Belə gözəlliyi görmək hər kəsə nəsib olmaz. Marmarisdəki ərazini satmışam. Orada nə qaz, nə də işıq var idi, çəkilməmişdi.
Torpaq sahəsini satdım, yerində otek tikəcəklər. Mən dara düşməmişəm, pulla bağlı problemim yoxdur. Həmin ərazinin yerinə dənizkənarı başqa bir torpaq sahəsi aldım. Orada ferma tikdirəcəm”.

Son xəbərlər
Son Xəbərlər