“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kənd sakinləri Suriyadan gətirilən cənazələrin gizlicə dəfn edilməsindən narahat olduqlarını dilə gətiriblər. İqtisadi cəhətdən kasıb olan bu şəhərin sakinləri, xüsusilə də gəncləri son zamanlar pul qarşılığında İŞİD-in sıralarına qoşulurlar. İŞİD də daha çox işsiz gəncləri hədəfə alaraq onları pul qarşılığında təşkilatın sıralarına cəlb edir. Bundan əlavə, ailə problemləri olanları da İŞİD diqqət mərkəzində saxlayır.
Son zamanlar 200-ə yaxın gəncin İŞİD sıralarına qoşulması barədə məlumatlar var. Gənclər ailələrinə pul göndərdiyindən valideynlər də bu vəziyyətə göz yumurlar.
Son xəbərlər
Son Xəbərlər