Pulu masanın üstündən oğurladı - Sağlamlıq mərkəzində

pulu-masanin-ustunden-ogurladi-
Oxunma sayı: 1640

Bakıda sağlamlıq mərkəzindən pul oğurlayan şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonunda baş verib. Aprelin 12-də Bakı Sağlamlıq Mərkəzində Məmmədli Balayevə məxsus 350 manat pul masanın üzərindən oğurlanıb.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1960-cı il təvəllüdlü Nizami Məmmədov elə həmin gün saxlanılıb.

N.Məmmədov əvvəllər də Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilərək məhkum həyatı yaşayıb.

Murad Əhməd