“Pulu oğurladıq, çantanın içinə daş doldurub dənizə atdıq”

pulu-ogurladiq-cantanin-icine-das-doldurub-denize-atdiq
Oxunma sayı: 716

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Əlibala Salahov və Sərdar Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rauf Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. 

Məhkəmə prosesi iyunun 5-də davam etdiriləcək.

Qeyd edək ki, Ə.Salahov və S.Cavadov vətəndaşa məxsus içərisində pul, şəxsi sənədlər, ev və avtomobil açarı olan əl çantasını götürərək qaçıblar. 

S.Cavadov istintaqa ifadəsində deyib ki, həmin şəxsi “Bazarstore”da izləyiblər “Əlində çanta var idi. Oradan çıxıb yola düzəldilər. 30-cu məhəllədə ona yaxınlaşaraq çantasını əlindən dartıb qaçdıq. İçində 100 manat, sənədlər və maşın açarı var idi. Sonra çantanın içinə daş doldurub dənizə atdıq”. 

Murad Əhməd