Bakıda vəkillə müdafiə etdiyi şəxs arasında mübahisə sonda birinin intihara cəhd etməsi ilə nəticələnib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı sakini, 1967-ci il təvəllüdlü Təranə Qulamova bu ilin iyun ayında Mirqasımov küçəsində yerləşən ofisdə vəkil İlqar Abdullayevə mülki işlə əlaqədar 500 manat pul verib.
T.Qulamova iddia edib ki, vəkil həmin işdə ona kömək etməyib və pulu da qaytarmayıb. Buna görə də o vəkilin ofisinin önündə əlində benzin dolu qabla özünü yandıracağını bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan profilaktik söhbətlərdən sonra T.Qulamovanı özünü yandırmamağa razılaşdırmaq olub.
Faktıa bağlı araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər