“Qafqazinfo” xəbər verir ki, Fildişi Sahilindən olan futbolçu Emanuel Ebuenin bir neçə futbolçunu öz başına yığaraq səsləndirdiyi “Pulumuzu verin, yoxsa “Çelsi” ilə matç qabağı keçirilən məşqlərə çıxmayacağıq” şüarı klub daxilində əməlli-başlı təşviş yaradıb. Vəziyyətin daha da böyüməsindən qorxan klub prezidenti Ünal Aysal başda Ebue olmaq şərtilə bir neçə futbolçuya “pulunuz çərşənbə gününə kimi ödənəcək”-deyə təminat verib. Prezident açıqlamasında ciddi bir probelmin olmadığını, sadəcə olaraq bir, iki futbolçunun illik maaşları çərçivəsində pullarının cüzi bir hissəsini almadıqlarını və bu problemin qısa müddət ərzində aradan qaldırılacağını bildirib.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasında oynadığı üçün hər 3 aydan bir UEFA-ya bütün futbolçuların imzası olan “Klubdan alacağım yoxdur” başlıqlı bir sənəd göndərir.
İqbal
Son xəbərlər
Son Xəbərlər