Puqaçova Rusiyadakı malikanəsini 1 milyarda satışa çıxardı

puqacova-rusiyadaki-malikanesini-1-milyarda-satisa-cixardi
Oxunma sayı: 3434

Rusiyanı tərk edərək İsrailə köçən SSRİ Xalq artisti Alla Puqaçova Moskva vilayətinin Qryaz kəndindəki malikanəsini 1 milyard rubla (29 297 732 AZN) satışa çıxarıb.

Bu barədə “Qafqazinfo” “Mash” teleqram kanalına istinadən xəbər verir.

Məlumata görə, müğənninin bir müddət əvvəl Rusiyaya qayıdışı məhz daşınmaz əmlakla bağlı məsələni həll etməklə bağlı idi.  Lakin hələlik onun əmlakına müştəri tapılmayıb. Hazırda malikanəyə artistin nəvəsi Nikita Presnyakov baxır.

Puqaçovanın direktoru Yelena Çuprakova “RİA Novosti”yə bildirib ki, bu məlumatı şərh etməyəcək.

“Mash”, həmçinin yazır ki, müğənni uşaqlarının sənədlərini məktəbdən götürüb.

Qeyd edək ki, A. Puqaçova övladı və həyat yoldaşı Maksim Qalkinlə Ukraynada müharibə başladıqdan sonra Rusiyadan gedib. Avqustun sonunda Puqaçova Moskvaya qayıdıb və övladlarını məktəbə aparıb. Lakin bu yaxınlarda məlum olub ki, o, yenidən İsrailə gedib, bu dəfə geriyə bilet olmadan. Bu, onun həyat yoldaşının ardınca xarici agentlərin siyahısına daxil edilməsi ilə bağlı Ədliyyə Nazirliyindən etdiyi xahişdən sonra baş verib.