Ukraynada hərbi əməliyyatlar başlayandan Rusiyanı tərk edən və hazırda İsraildə yaşayan SSRİ Xalq artisti Alla Puqaçova və şoumen Maksim Qalkin bu ölkənin vətəndaşı olmaq qərarına gəliblər.
Bu barədə “Qafqazinfo” Pravda.ru-ya istinadən xəbər verir .
Qeyd olunur ki, cütlük artıq bu prosedur üçün lazım olan bütün sənədləri aidiyyəti üzrə təqdim ediblər. Bildirilir ki, M. Qalkinin İsrail vətəndaşlığı alması daha asan olacaq, çünki o, yəhudiəsillidir.
Nəşr, həmçinin yazır ki, 8 yaşlı Harri və Liza Qalkinlərin təhsillərini davam etdirmələri üçün məktəb axtarılır.
Son xəbərlər
Son Xəbərlər