“Qafqazinfo”nun Apasport.az -a istinadən məlumatına görə, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutan tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
Komandaların adlarını səbətdən ötənlərin məşhur italiyalı futbolçusu Çiro Ferraro çıxarıb. “Kor püşk” adlanan bu mərasimdə Avropa Liqasında 1/4 finala vəsiqə qazanan aşağıda adları qeyd olunan komandalar qatılıb:
"Bazel" (İsveçrə), "Portu" (Portuqaliya), "Sevilya" (İspaniya), "AZ Alkmaar" (Hollandiya), "Benfika" (Portuqaliya), "Lion" (Fransa), "Yuventus" (İtaliya) və "Valensiya" (İspaniya).
Püşkün nəticəsinə görə, 1/4 finalda aşağıdakı cütlüklər qarşılaşacaq.
"AZ Alkmaar" (Hollandiya) - "Benfika" (Portuqaliya)
"Lion" (Fransa) - "Yuventus" (İtaliya)
"Bazel" (İsveçrə) - “Valensiya” (İspaniya)
"Portu" (Portuqaliya) - "Sevilya" (İspaniya)
Son xəbərlər
Son Xəbərlər