Puşkinin anadan olmasının 215-ci ildönümü qeyd edilib

puskinin-anadan-olmasinin-215-ci-ildonumu-qeyd-edilib
Oxunma sayı: 701


 “Qafqazinfo” ya daxil olan məlumata görə,  Səbail rayon İctimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, «Sodrucestvo» cəmiyyətinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbiri giriş sözü ilə Respublika «Sodrucestvo» cəmiyyətinin sədri Tatyana Kərimova açıb. Belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb. 

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Səbail rayon İcra Hakimiyyətinin Başçısının Birinci müaivini Xalidə Bayramova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər. Qeyd edilib ki, Bakıda, şairin adını daşıyan bu parkda A.S.Puşkinin doğum gününün keçirilməsi artıq ənənəyə çevrilib. Görüşdə ədibin   rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafında rolu, onun dünya ədəbiyyatına etdiyi töhfələr xüsusi  vurğulanıb.