“Qafqazinfo” xəbər verir ki, ənənəvi tədbiri giriş sözü ilə Respublika «Sodrujestvo» cəmiyyətinin sədri Tatyana Kərimova açıb, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev, Yazıçılar Birliynin sədri, xalq yazıçısı Anar, yazıçı Alina Talıbova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər.
Tədbirdə Səbail rayonu 132-134 saylı Təhsil Kompleksinin və 160 saylı Klassik gimnaziyanın, həmçinin paytaxtın digər orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şerləri Azərbaycan, rus, ingilis və ispan dillərində səslənmiş, müxtəlif ədəbi müsabiqələrdə fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər