Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda Milli Məclisin deputatı Səbinə Xasayeva,Puta qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Puta qəsəbə sakinləri onları narahat edən nəqliyyat məsələləri, asfalt örtüyünün salınması, su və kanalizasiya sistemində olan nasazlıqlardan olan narazılıqlarını rayon rəhbərinə çatdırıb.
Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcək.



Son xəbərlər
Son Xəbərlər