Putin 15 iyunda suallara cavab verəcək

putin-15-iyunda-suallara-cavab-verecek
Oxunma sayı: 790

Rusiya prezidenti Vladimir Putinin televiziyada ənənəvi canlı yayımının vaxtı açıqlanıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, Rusiya lideri iyunun 15-də Moskva vaxtı ilə saat 12:00-da sualları cavablandıracaq.

““Birinci”, “Rossiya 1”, “Rossiya 24” telekanalları, “Mayak”, “Vesti FM” və “Radio Rossii” radiostansiyalarında “Vladimir Putinlə canlı yayım” ənənəvi proqramı efirə çıxacaq”, - deyə Kremlin məlumatında bildirilir.

Qeyd edək ki, V. Putinin ilk ənənəvi mətbuat konfransı 2017-ci ildə keçirilib. Bu günə qədər ümumilikdə, 15 canlı yayım baş tutub.