Putin 20 illik qubernatoru vəzifəsindən azad etdi

putin-20-illik-qubernatoru-vezifesinden-azad-etdi
Oxunma sayı: 2504

Rusiya Prezidenti Vladimir Putin Kaluqa vilayətinin qubernatoru Anatoli Artamonovun istefasını qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin saytında yazılıb. Qeyd edilib ki, Artamonov öz istəyi ilə vəzifəsindən gedib. Onun yerinə müvəqqəti olaraq Şapşa Vladislav təyin edilib. Qeyd edək ki, yeni qubernatorun seçilməsi ilə bağlı səsvermə sentyabrın 13-də keçiriləcək.

Xatırladaq ki, Artamonov 2000-ci ildən Kaluqa vilayətinin qubernatorudur.