Putin 3 generalı istefaya göndərdi

putin-3-generali-istefaya-gonderdi
Oxunma sayı: 2342

Prezident Vladimir Putin Rusiya İstintaq Komitəsinin (TFR) üç generalının vəzifəsindən azad edilməsi barədə Sərəncam imzalayıb.

“Qafqazinfo” “RBK”ya istinadən xəbər verir ki, Moskva Regionlararası İstintaq İdarəsinə rəhbərlik edən ədliyyə general-mayoru Sergey Vazyulin, 2013-cü ildən bəri İstintaq Komitəsinin İrkutsk vilayətindəki İstintaq İdarəsinə rəhbərlik edən ədliyyə general-mayoru Andrey Bunev və ədliyyə general-leytenantı, İstintaq Komitəsinin Krasnodar diyarı üzrə şöbəsinin müdiri Vadim Bugaenko istefaya göndərilib.

Onların könüllü şəkildə istefa ərizəsi yazaraq vəzifələrindən azad olunduğu bildirilib.