Putin 3 yüksək vəzifəli generalı işdən çıxardı

putin-3-yuksek-vezifeli-generali-isden-cixardi
Oxunma sayı: 3697

Rusiya prezidenti Vladimir Putin Hərbi-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryovu hərbi xidmətdən və vəzifədən kənarlaşdırıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Putin müvafiq fərman imzalayıb.

Rusiya prezidenti həmçinin, Qara Dəniz Donanması komandanının müavini, vitse-admiral Valeri Kulikov və Daxili İşlər Nazirliyinin Saratov bölgəsi üzrə Baş İdarəsinin rəisi, general-leytenant Sergey Arenini vəzifələrindən azad edib.