Böyük Kreml Sarayında Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.
“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, Putin dördüncü dəfə prezident olub. Mərasimdən birbaşa yayımı Birinci kanal aparıb. Putin inuaqurasiyaya Kremlin Birinci korpusundakı iş otağından yola düşüb. O, ilk dəfə mərasim zalına “Kortej” limuzinində gedib. Andiçmə mərasimində 5 minə yaxın qonaq iştirak edib.
Qeyd edək ki, Putin martın 18-də keçirilmiş prezident seçkilərində 76,69 faiz səs toplayaraq qalib olub.
Vladimir Putin daha əvvəl 2000-2004, 2004-2008, 2012-2018-ci illərdə prezident olub. 2012-ci ildən prezidentlik dövrü 6 ilədək qaldırılıb.

Nuranə
Son xəbərlər
Son Xəbərlər