Putin 4 ilə 600 min qazanıb

Putin 4 ilə 600 min qazanıb
Oxunma sayı: 225

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Putinin gəliri 18 milyon rubl (600 min dollar) təşkil edib.

Rəsmi məlumatlara görə, Vladimir Putinin gəlirlərinin əsas mənbəyi aldığı aylıq maaşı hesab edilir. Son illər ərzində hər ay baş nazirin orta hesabla 360 min rubl aldığı bildirilib. Maaşdan əlavə Putinin gəlirləri sırasına hərbi pensiya, həmçinin bank depozitləri və səhmlərdən gələn divientlər daxildir.

Sənədə əsasən Putinin onlarla bank hesablarında 5.7 milyon rublu var. Bundan başqa, “Sank Peterburq” bankının 230 səhminə sahibdir. Baş nazirin Sank Peterburqda 77.7 kvadrat metrlik evi, Moskvada isə sahəsi 1500 kvadrat metr torpaq sahəsi var.

Vladimir Putinin əsasən sovet istehsalı olan köhnə maşın kolleksiyaları da vardır ki, bura 1960-cı il istehsalı olan QAZ M21, 1965-ci ilə aid QAZ M213, 1987-cil istehsalı “Skif” və 2009-cu il buraxılışı “Lada” 21214 avtomobil qoşmaları var.

Baş nazirin həyat yoldaşının hesabında isə 8.3 milyon rubl var. Onun son dörd ildə ki gəlirləri 146.8 min rubl təşkil edib.

Səidə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi