Putin Aşqabaddadır - Video

putin-asqabaddadir
Oxunma sayı: 2093

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın paytaxtı Aşqabada səfər edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Putin səfəri çərçivəsində türkmən şair və mütəfəkkir Məqtimqulu Fəraqinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş beynəlxalq forumda iştirak edəcək.

Rusiya lideri, həmçinin İran Prezidenti Məsud Pezeşkian da daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, sözügedən foruma Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan və digər ölkələrin liderləri də qatılacaq.