Rusiya prezidenti Vladimir Putin azərbaycanlı iş adamı, “Lukoyl”un prezidenti Vahid Ələkbərovu mükafatlandırıb.
“Qafqazinfo” xəbər verir ki, Kremldə baş tutan mükafatlandırma mərasimi canlı olaraq yayımlanır. Ümumlikdə 58 nəfərin mükafatlandırıldığı təntənəli mərasimdə Ələkbərovu dövlətin inkişafında verdiyi töhfəyə görə ikinci dərəcəli ”Vətən qarşsında xidmətlərinə görə” mükafatı ilə təltif edib. Qeyd edək ki, müvafiq fərman hələ apreldə verilmişdi.
Son xəbərlər
Son Xəbərlər