“Rusiya Prezidenti Vladimir Putin və ya Baş nazir Mixail Mişustin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-da iştirak edə bilər”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi - prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelqeriyev bildirib.
“Prezidentin sərəncamı ilə Rusiya nümayəndə heyətinə mən başçılıq edirəm. Lakin bu il ümid edirik ki, ya prezident, ya hökumət başçısı tədbirdə iştirak edəcək. Azərbaycan strateji vacib tərəfdaşdır və əlbəttə, statusun daha yüksək olmasını istəyərdim”, - deyə Edelqeriyev əlavə edib.
Qeyd edək ki, Vladimir Putin bu il avqustun 18-19-u Azərbaycanda səfərdə olub.