Putin-Bayden görüşünün tarixi açıqlandı

putin-bayden-gorusunun-tarixi-aciqlandi
Oxunma sayı: 1694

Rusiya və ABŞ Prezidentləri arasında videokonfrans formatında baş tutacaq görüşün tarixi açıqlanıb.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, görüş dekabrın 7-si keçiriləcək.

Putin və Baydenin danışıqlar zamanı Avropa və Ukraynadakı vəziyyəti, eləcə də daha əvvəl əldə olunan razılıqların icrasını müzakirə edəcəyi gözlənilir.

Rusiya mediasının daha əvvəl yaydığı məlumata görə, iki ölkə lideri arasında iki görüşün keçirilməsi planlaşdırılır. Birinci görüş 2021-ci ilin sonunda onlayn formatda, ikinci görüş isə 2022-ci ildə canlı şəkildə keçiriləcək.

Qeyd edək ki, Putin və Bayden arasında ilk danışıqlar iyunun 16-sı Cenevrə şəhərində keçirilib. Bu zaman liderlər arasında görüş təqribən 3 saat yarım davam etmişdi.