Putin-Bayden görüşünün tarixi və yeri açıqlandı

putin-bayden-gorusunun-tarixi-ve-yeri-aciqlandi
Oxunma sayı: 5200

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Baydenin görüşəcəyi tarix və yer açıqlanıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, iki liderin görüşü iyunun 16-da Cenevrədə baş tutacaq. Bu barədə rəsmi məlumatı Kremlin mətbuat xidməti açıqlayıb.

Xatırladaq ki, Bayden Putinlə telefon danışığı zamanı üçüncü ölkədə görüşməyi təklif etmişdi.