Putin Baydenə cavab verdi

putin-baydene-cavab-verdi
Oxunma sayı: 7791

“Mən Baydenlə həqiqətən onun dediyi kimi tanışam. Ona sağlamlıq arzulayıram”.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenin onun haqqında fikirlərinə münasibətində bildirib.

“Biz digər ölkələri və insanları qiymətləndirdikdə, bu, bir növ güzgüyə baxmaq kimidir. Başqalarına ad verənlər, özləri elə adlanırlar”,- deyə Putin qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində Rusiya rəhbərliyinin ABŞ seçkilərinə müdaxiləyə görə cavab verməli olacağını bildirib.