Putin BMT Baş Assambleyasında iştirak etməyəcək

putin-bmt-bas-assambleyasinda-istirak-etmeyecek
Oxunma sayı: 1214

Rusiya Prezidenti Vladimir Putin BMT Baş Assambleyasının sentyabrda keçiriləcək 77-ci sessiyasında çıxış etməyi planlaşdırmır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Səfər və çıxış planlaşdırılmır”, - deyə Peskov Putinin BMT Baş Assambleyasında səfər və çıxışının planlaşdırıb-planlaşdırılmadığı ilə bağlı suala cavab verib.

Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, BMT Baş Assambleyasının sessiyasının yüksək səviyyəli həftəsində Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək, onun çıxışı sentyabrın 24-nə planlaşdırılıb. Tədbirin sentyabrın 20-dən 26-a kimi baş tutacağı gözlənilir.