Rusiya Böyük Britaniyada keçirilən seçkilərə heç cür qarışmayıb, qarışmır və qarışmağa da hazırlaşmır.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə prezident Putin çıxış edib.
Rusiya dövlət başçısı baş nazir Devid Kameronun ölkəsinin Aİ-dən çıxmasına ən çox Putinin sevinəcəyi ilə bağlı dediyi sözlərə münasibət bildirib:
“Hesab edirəm ki, bu, öz ölkəsində ictimai rəyə təsir etmək üçün yanlış cəhddən başqa bir şey deyil. Xüsusən də, səsvermədən sonra Rusiyanın hansısa mövqeyi ilə bağlı bəyanat verməyə heç kimin haqqı yoxdur. Bu, siyasi mədəniyyətin aşağı səviyyəsinin göstəricisidir”.
Putin referendumun neqativ birja nəticələrinin Britaniyada yoluna qoyulacağına əminliyini ifadə edib.
Son xəbərlər
Son Xəbərlər