Putin bu hadisəyə görə çox əsəbləşəcək

putin-bu-hadiseye-gore-cox-eseblesecek
Oxunma sayı: 5388

Rusiya prezidenti Vladimir Putini qəzəbləndirəcək hadisə baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyəyə məxsus yük gəmisi Krımı Rusiyaya bağlayacaq Kerç boğazında inşa edilən körpüyə çırpılıb. Hadisə martın 19-da baş versə də, qəza xəbəri bu gün yayılıb.

Çırpılma nəticəsində körpünün 80 nömrəli dəstəyi zərər görüb. Dəstəklərin dəyişdirilməsinin körpünün inşa müddətinə təsir etməyəcəyi açıqlanıb. Gəmidə olan 9 nəfər isə heç bir xəsarət almayıb.

Qeyd edək ki, inşa edilən körpü Rusiya üçün böyük önəm daşıyır. Belə ki, V. Putin “Krım körpü”sünün onlar üçün vacib olduğunu bildirib.